Mövsümün sonuna doğru yaxınlaşdıqca, Mercedes rəqiblərini bütün komponentlərdə üstələyir. Ardıcıl iki yarışdır ki, komanda təkcə yarışda yox, həm də sürətli pit-stoplara görə maksimum nəticə göstərir.
F-1.az xəbər verir ki, “Gümüşü oxlar”ın mexanikləri Sinqapurda ən sürətli iki pit-stopa imza atıblar – onlar Həmiltonun maşınına 2.27 saniyədə, Bottasın maşınına isə 2.40 saniyədə xidmət ediblər. Red Bull mexanikləri də fərqləniblər. Onların Rikkardo üçün etdikləri hər iki pit-stop yaxşı olub və üçüncü nəticə göstəriblər.
Ferrari-nin hər iki sürücüsü startda mübarizəni dayandırdığından, komandanın mexanikləri özlərini göstərə bilməyiblər. Mövsümün əvvəlindən Montsadakı yarışa qədər bu sahədə liderliyini davam etdirən Williams komandasında isə son iki yarışda geriləmə müşahidə olunur – bu dəfə yalnız 6-cı və 8-ci yerləri tutmaq mümkün olub.
Komanda | Cəmi | ||||||||||||||||||||
1. Mercedes | 26 | 1 | 8 | 20 | 40 | 33 | 30 | 12 | 15 | 33 | 12 | 29 | 43 | 43 | 345 | ||||||
2. Williams | 40 | 25 | 31 | 25 | 12 | 12 | 25 | 0 | 43 | 31 | 43 | 12 | 0 | 12 | 311 | ||||||
3. Red Bull | 6 | 27 | 19 | 25 | 18 | 25 | 8 | 18 | 10 | 22 | 0 | 1 | 21 | 15 | 215 | ||||||
4. Ferrari | 11 | 20 | 10 | 1 | 6 | 1 | 16 | 25 | 14 | 1 | 14 | 21 | 8 | 0 | 148 | ||||||
5. Toro Rosso | 12 | 10 | 1 | 20 | 20 | 10 | 0 | 1 | 12 | 0 | 23 | 18 | 1 | 1 | 129 | ||||||
6. Force India | 6 | 12 | 30 | 4 | 1 | 4 | 17 | 27 | 0 | 0 | 0 | 2 | 4 | 12 | 119 | ||||||
7. Haas | 0 | 6 | 0 | 0 | 4 | 8 | 0 | 12 | 4 | 10 | 6 | 18 | 22 | 18 | 108 | ||||||
8. McLaren | 0 | 0 | 2 | 6 | 0 | 8 | 5 | 6 | 2 | 4 | 1 | 0 | 0 | 0 | 34 | ||||||
9. Renault | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 2 | 0 | 4 | ||||||
10. Sauber | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 |