F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Mercedes komandasının və Həmiltonun son yarışlardakı hegemonluğuna baxmayaraq, Sinqapurdakı yarışın əsas favoriti Fettel hesab edilib. Mercedes-in daha uzun təkər bazasının dar traslarda sürücülərə çətinlik yaratdığı artıq məlumdur və bukmeykerlər də çox güman ki, bu amili nəzərə alıblar. Həm də, Fettel Sinqapurda ən çox uğur qazanmış sürücür. Həmiltonun şansları ondan bir qədər aşağı qiymətləndirilir.
Sinqapur Qran Prisində qələbə (sürücülər) | |
Sebastyan Fettel | 2.50 |
Lyuis Həmilton | 2.75 |
Valtteri Bottas | 7.50 |
Maks Ferstappen, Daniel Rikkardo | 9.00 |
Kimi Rəykkönen | 11.00 |
Həmilton İtaliya Qran Prisindən sonra mövsümdə ilk dəfə çempionatda liderliyə yüksəlib və onun titulun əsas namizədi hesab edilməsi təəccüblü deyil. Bukmeykerlər yalnız Mercedes və Ferrari sürücüləri ilə yanaşı, Rikkardo üçün pul qoyuluşunu qəbul edirlər…
Çempionatda qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.45 |
Sebastyan Fettel | 3.00 |
Valtteri Bottas | 41.00 |
Kimi Rəykkönen | 2001.00 |
Daniel Rikkardo | 2501.00 |
Mühəndislər Kuboku üçün pul qoyuluşu formal olaraq davam etdirilir və yalnız iki komanda üçün əmsallar təqdim edilir…
Çempionatda qələbə (komandalar) | |
Mercedes AMG | 1.02 |
Ferrari | 11.00 |