F-1.az bildirir ki, asfalt sessiyanın əvvəlində axşamkı yağışa görə bəzi yerlərdə bir qədər nəm olub. Lakin bu, komandaların işinə mane olmayıb. İlk sessiyada iki komanda gənc sürücülərdən istifadə edib – Haas-da Kevin Maqnussenin bolidinə Antonio Covinatsi əyləşib, Toro Rosso-da isə Karlos Saynsı indoneziyalı Şon Gelael əvəzləyib. Bu, Şonun Formula1 həftəsonunda baş tutan sessiyalarda rəsmi debütü olub.
Rikkardo, Vandorn və Rəykkönen ilk dəqiqələrdə Halo sistemi ilə trasa çıxıblar. Hər üç sürücü bir dövrə vurduqdan sonra boksa qayıdıb, sistem maşından sökülüb və onlar adi konfiqurasiya ilə işlərini davam etdiriblər. Palmer 13-cü, Qrojan 16-cı, Eriksson isə 18-ci döngədə yerində fırlanıb, lakin hər üç halda maşınlara zərər dəyməyib.
Strollun maşınının sürət qutusunda problem yaranıb. Kanadalı sürücü yavaş-yavaş boksa qayıdıb və sessiyanı vaxtından əvvəl başa vurub. Alonso mühərriyin gücündən şikayətlənib, lakin proqramı üzrə işini davam etdirib.
Rikkardo trasın yeni rekordunu müəyyən edərək protokollara başçılıq edib – 1:42.489. Məşqlər axşam saatlarında davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:42.489 | – | 21 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:42.598 | + 0:00.109 | 21 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:42.610 | + 0:00.121 | 23 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:42.904 | + 0:00.415 | 27 |
5 | 11 | Serxio Peres | Force İndia | 1:43.423 | + 0:00.934 | 25 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:43.434 | + 0:00.945 | 27 |
7 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:43.734 | + 0:01.245 | 25 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:43.759 | + 0:01.270 | 19 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:44.101 | + 0:01.612 | 24 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:44.220 | + 0:01.731 | 25 |
11 | 2 | Stoffel Vandorn | McLaren | 1:44.340 | + 0:01.851 | 25 |
12 | 30 | Colion Palmer | Renault | 1:44.961 | + 0:02.472 | 25 |
13 | 31 | Esteban Okon | Force İndia | 1:45.053 | + 0:02.564 | 25 |
14 | 19 | Felipe Massa | Williams | 1:45.084 | + 0:02.595 | 27 |
15 | 8 | Roman Qrojan | Haas | 1:46.456 | + 0:03.967 | 20 |
16 | 50 | Antonio Covinatsi | Haas | 1:46.782 | + 0:04.293 | 27 |
17 | 18 | Ləns Stroll | Williams | 1:47.190 | + 0:04.701 | 11 |
18 | 38 | Şon Gelael | Toro Rosso | 1:47.570 | + 0:05.081 | 26 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:47.699 | + 0:05.210 | 23 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:47.886 | + 0:05.397 | 24 |