F-1.az xəbər verir ki, quru hava şəraitində keçən yarışın startı insidentsiz ötüşməyib. Elə ilk metrlərdəcə Karlos Saynsla təmas yaşayan Niko Hülkenberq qəza edib və yarışı dayandırmalı olub. Bunun nəticəsində Təhlükəsizlik Maşını trasa daxil olub. Startın itirən sürücülərindən biri Maks Ferstappen olub. Red Bull-un gənc sürücüsü 8-ci yerə qədər geriləyib. Yarış əsnasında Daniil Kvyatla xeyli mübarizə aparmalı olan Maks yekunda 6-cı ola bilib. Yarışa 9-cu yerdən başlayan Fernando Alonso isə 5-ci yerə qədər yüksələ bilib. Lakin daha sürətli maşınlara sahib rəqiblərinə keçilən Fernando 7-ci olaraq xal ehtiyatını bir qədər artırıb.
Yarışa 17-ci yerdən başlayan və 2 pit-stoplu taktika seçən Serxio Peres 8-ci olub. O, qazandığı 4 xalla komandasının Mühəndislər Kubokunda Williams-ı keçməsinə kömək edib. Renault isə uzun fasilədən sonra nəhayət ki, xal qazana bilib. Bu dəfə də komandanın xal ehtiyatını artıran yarışda 10-cu olmuş Kevin Maqnussen olub. Haas-ın meksikalı sürücüsü Esteban Qutyerres isə yenə 11-ci olub və bir daha xal qazanmaq şansını əldən verib.
Williams-dan Felipe Massa 12-ci olarkən, Valtteri Bottas yarışı tamamlaya bilməyib və komanda Sinqapurdan əliboş qayıtmalı olub.
Yarışın son hissələri isə olduqca maraqlı keçib. İlk 3 yerdə yarışa davam edən sürücülərın hər birinin arasında 5 saniyəlik intervalın olması yarışın belə sakitcə bitəcəyinə işarə idi. Lakin gözlənilmədən Mercedes AMG Kimi Rəykkönenə keçilmiş Lyuis Həmiltonu pit-stopa çağırıb. SuperSoft təkərlə trasa qayıdan Lyuisdən bir dövrə sonra Kimi Rəykkönen pit-stop edib, lakin Lyuisdən arxaya düşüb. Növbəti dövrədə isə Daniel Rikkardo SuperSoft təkərlərə keçib. Mercedes AMG Niko Rosberqi də pit-stopa çağırmağı düşünsə də, bunun gec olduğunu görmüş olmalıdılar ki, bu fikirdən daşınıblar. Yeni SuperSoft təkərlə Niko Rosberqlə aradakı vaxt fərqini hər dövrədə 2-3 saniyə azaldan Rikkardo yarışın potensial qalibi kimi görünsə də, təkərlər bu tempə cəmi 9 dövrə dözüb. Son dövrələrdə yenə də liderə bir qədər yaxınlaşan avstraliyalı mövsümdəki ilk qələbəsini qazana bilməyib və finiş xəttini 2-ci keçib.
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:55:48.950 | 3 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:00.488 | 4 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:08.038 | 4 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:10.219 | 4 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:27.694 | 3 |
6 | 33 | Maks Ferstappen | Red Bull | + 1:11.197 | 4 |
7 | 14 | Fernando Alonso | McLaren | + 1:29.198 | 3 |
8 | 11 | Serxio Peres | Force İndia | + 1:51.062 | 2 |
9 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1:51.557 | 3 |
10 | 20 | Kevin Maqnussen | Renault | + 1:59.952 | 3 |
11 | 21 | Esteban Qutyerres | Haas | + 1 dövrə | 3 |
12 | 19 | Felipe Massa | Williams | + 1 dövrə | 4 |
13 | 12 | Felipe Nasr | Sauber | + 1 dövrə | 3 |
14 | 55 | Karlos Sayns | Toro Rosso | + 1 dövrə | 4 |
15 | 30 | Colion Palmer | Renault | + 1 dövrə | 3 |
16 | 94 | Paskal Verlyayn | Manor | + 1 dövrə | 3 |
17 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 4 |
18 | 31 | Esteban Okon | Manor | + 2 dövrə | 4 |
Sürətli dövrə: Daniel Rikkardo (Red Bull Racing) – 1:47. 187 (45-ci dövrə, 170.113 km/saat)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Censon Batton | McLaren | 43 | Əyləclər |
Valtteri Bottas | Williams | 35 | Mexanika |
Niko Hülkenberq | Force İndia | 1 | Qəza |
Roman Qrojan | Haas | 0 | Əyləc probleminə görə start almayıb |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 273 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 265 | |
4 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 179 | |
3 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 153 | |
5 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 148 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 129 | |
7 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 70 | |
8 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 66 | |
9 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 46 | |
10 | 19 | Felipe Massa | Williams Martini Racing | 41 | |
11 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 36 | |
12 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 30 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 28 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 25 | |
15 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 17 | |
16 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 7 | |
17 | 94 | Paskal Verlyayn | Manor Racing MRT | 1 | |
18 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 538 |
2 | Red Bull Racing | TAG Heuer | 316 |
3 | Scuderia Ferrari | Ferrari | 301 |
4 | Sahara Force India F1 Team | Mercedes | 112 |
5 | Williams Martini Racing | Mercedes | 111 |
6 | McLaren Honda Formula 1 Team | Honda | 54 |
7 | Scuderia Toro Rosso | Ferrari | 47 |
8 | Haas F1 Team | Ferrari | 28 |
9 | Renault Sport Formula 1 Team | Renault | 7 |
10 | Manor Racing MRT | Mercedes | 1 |