F-1.az xəbər verir ki, Force İndia-nın meksikalı sürücüsü sıralanma turunun üçüncü sessiyasında sarı bayraqlar dalğalanarkən sürətini kifayət qədər azaltmayıb və stüardlar ona startda 8 yer itirmək cəzası veriblər. Onsuz da yaxşı həftəsonu keçirməyən və sıralanma turunun ikinci seansında qəzaya uğrayan Roman Qrojanın maşınının ötürmələr qutusu dəyişdirilib və buna görə də o, startda 5 yer itirəcək.
Ferrari Sebastyan Fettelin maşınına yeni mühərrik qoya bilər, lakin bu, startda onun yerini dəyişməyəcək. Dördqat dünya çempionu onsuz da dünənki sıralanma turunda 22-ci nəticəni göstərmişdi və yarışa sonuncu yerdən başlayacağı dəqiqdir.
Sinqapur Qran Prisinin start düzümü | ||
1. Niko Rosberq Mercedes AMG 1:42.584 |
||
2. Daniel Rikkardo Red Bull 1:43.115 |
||
3. Lyuis Həmilton Mercedes AMG 1:43.288 |
||
4. Maks Ferstappen Red Bull 1:43.328 |
||
5. Kimi Rəykkönen Ferrari 1:43.540 |
||
6. Karlos Sayns Toro Rosso 1:44.197 |
||
7. Daniil Kvyat Toro Rosso 1:44.469 |
||
8. Niko Hülkenberq Force İndia 1:44.479 |
||
9. Fernando Alonso McLaren 1:44.553 |
||
10. Valtteri Bottas Williams 1:44.740 |
||
11. Felipe Massa Williams 1:44.991 |
||
12. Censon Batton McLaren 1:45.144 |
||
13. Esteban Qutyerres Haas 1:45.593 |
||
14. Markus Eriksson Sauber 1:47.827 |
||
15. Kevin Maqnussen Renault 1:46.825 |
||
16. Felipe Nasr Sauber 1:46.860 |
||
17. Serxio Peres Force İndia 1:44.582 Sıralanma turundakı insidentə görə 8 yer itirib |
||
18. Colion Palmer Renault 1:46.960 |
||
19. Roman Qrojan Haas 1:45.723 Ötürmələr qutusu dəyişdirildiyinə görə 5 yer itirib |
||
20. Paskal Verlyayn Manor 1:47.667 |
||
21. Esteban Okon Manor 1:48.296 |
||
22. Sebastyan Fettel Ferrari 1:49.116 |