Sinqapur-2016: Sıralanma turu

Keçən mövsüm burada fiaskoya uğrayan Mercedes AMG sıralanma turunun xüsusilə də, son sessiyasında özünə gəlib. Niko Rosberq möhtəşəm dövrə vuraraq 2-ci yerin sahibi Daniel Rikkardonu yarım saniyə, komanda yoldaşı Lyuis Həmiltonu isə 0,7 saniyə üstələyib.

F-1.az xəbər verir ki, birinci sessiyada Sebastyan Fettelin mübarizəni dayandırması istisna olmaqla, başqa sürpriz olmayıb. Texniki problem yaşayan alman sürücü yaxşı nəticə göstərə bilməyib və sabah yarışa son sıradan başlayacaq. İlk sessiyada mübarizəni dayandıran digər sürücülər isə Sauber-dən Felipe Nasr, Renault sürücüləri Kevin Maqnussen və Colion Palmer, Manor-dan Paskal Verlyayn və Esteban Okon olub.

İkinci sessiyanın sonlarında bir çox sürücünün dövrəsi Roman Qrojanın qəzası ucbatından boşa gedib. Qəzanın nəticələrinin aradan qaldırılması son sessiyanın 10 dəqiqə gec başlamasına səbəb olub. Williams-ın sürücüləri Valtteri Bottas və Felipe Massa ancaq və ancaq müvafiq olaraq 11-ci və 12-ci ola biliblər. Səhvə yol verən Censon Batton 13-cü, Haas sürücülər Roman Qrojan və Esteban Qutyerres 14-cü və 15-ci olublar. İkinci sessiyaya keçməsi uğur sayılan Sauber-in sürücüsü Markus Erikson isə 16-cı olub.

Üçüncü sessiyada hər kəs Red Bull sürücülərinin və Kimi Rəykkönenin Mercedes AMG sürücüləri ilə poul uğrunda vuruşacağını gözləyirdi. Lakin sabah 200-cü yarışına çıxacaq olan Niko Rosberq möhtəşəm dövrə ilə 1:42.584-lük nəticə əldə edib və poulu qazanıb. Daniel Rikkardo ikinci yeri tutarkən, çempionatın lideri Lyuis Həmilton ilk döngədə səhvə yol verib və yekunda 3-cü olub. Maks Ferstappen 4-cü olub və bununla da ilk iki cərgə Mercedes AMG və red Bull pilotları tərəfindən zəbt edilib. Lakin bir məqama diqqət yetirmək lazımdı. İkinci sessiyada SuperSoft təkərlərlə nəticə göstərən Red Bull sürücüləri sabah yarışa elə bu təkərlərlə başlayacaqlar və bu, onların xeyrinə ola bilər.

Poul dərəcəsinə 0,9 saniyə uduzan Kimi Rəykkönen 5-ci yeri tutub. Növbəti 2 yerin sahibi isə Toro Rosso sürücüləri olub. Karlos Sayns 6-cı, Daniil Kvyat isə 7-ci nəticəni göstərib. Force İndia sürücülərindən Niko Hülkenberq 8-ci, Serxio Peres isə 10-cu olub. McLaren-i yenə də 3-cü sessiyaya keçirən Fernando Alonso isə sabahkı yarışa 9-cu yerdən başlaycaq.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 8 1:45.316 3 1 1:43.020 3 1:42.584 6
2 3 Daniel Rikkardo Red Bull 1 1:44.255 3 3 1:43.933 3 1:43.115 6
3 44 Lyuis Həmilton Mercedes AMG 4 1:45.167 3 2 1:43.471 3 1:43.288 6
4 33 Maks Ferstappen Red Bull 3 1:45.036 3 4 1:44.112 3 1:43.328 6
5 7 Kimi Rəykkönen Ferrari 2 1:44.964 3 5 1:44.159 3 1:43.540 6
6 55 Karlos Sayns Toro Rosso 11 1:45.499 3 7 1:44.493 5 1:44.197 6
7 26 Daniil Kvyat Toro Rosso 7 1:45.291 6 6 1:44.475 6 1:44.469 3
8 27 Niko Hülkenberq Force İndia 14 1:46.081 6 10 1:44.737 5 1:44.479 6
9 14 Fernando Alonso McLaren 9 1:45.373 3 8 1:44.653 6 1:44.553 6
10 11 Serxio Peres Force İndia 5 1:45.204 7 9 1:44.703 7 1:44.582 6
11 77 Valtteri Bottas Williams 15 1:46.086 5 11 1:44.740 6
12 19 Felipe Massa Williams 13 1:46.056 6 12 1:44.991 5
13 20 Censon Batton McLaren 6 1:45.262 8 13 1:45.144 5
14 21 Esteban Qutyerres Haas 10 1:45.465 7 14 1:45.593 5
15 8 Roman Qrojan Haas 12 1:45.609 6 15 1:45.723 5
16 9 Markus Eriksson Sauber 16 1:46.427 7 16 1:47.827 5
17 20 Kevin Maqnussen Renault 17 1:46.825 9
18 12 Felipe Nasr Sauber 18 1:46.860 8
19 30 Colion Palmer Renault 19 1:46.960 9
20 94 Paskal Verlyayn Manor 20 1:47.667 8
21 31 Esteban Okon Manor 21 1:48.296 9
22 5 Sebastyan Fettel Ferrari 22 1:49.116 4
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*