Simonds: Vavls Williams-da vəziyyəti dəyişə bilər

Keçən həftə Williams komandasının başçısı vəzifəsinə Ceyms Vavlsın təyin olunduğu elan edilib.

F-1.az xəbər verir ki, Formula1-in keçmiş texniki direktoru, dünən FİA-da yaradılmış yeni strukturun başçısı Pət Simonds Birmingemdə keçirilən beynəlxalq biznes forumunda Vavlsın xüsusi diqqət yetirməli olduğu sahələri vurğulayıb.

Pət Simonds: “İlk növbədə, o, strategiyaya diqqət yetirməlidir. Strategiya deyərkən, mən yarışlar zamanı gedən strategiyanı nəzərdə tutmuram. Artıq hər kəs Ceymsin bu sahədə nə qədər yaxşı olduğunu bilir. O, komandadakı vəziyyəti qiymətləndirməli və bundan sonra nə edəcəyini başa düşməlidir.

2013-cü ildə Williams-a gələndə məhz bunu etdim. Doqquzuncu yerdə olan komandadan mövsümü üçüncü yerdə başa vuran komanda yaradaraq vəziyyəti dəyişdim. Düşünürəm ki, Ceyms bunu təkrarlaya bilər, çünki o, çox ağıllı oğlandır.

Təbii ki, bu, vaxt aparacaq. O zaman mənim bəxtim gətirdi, çünki işləmək üçün möhkəm təməlim var idi – qalan hər şeyi düzgün qurmaq laızm idi. Ona görə də o zaman nəticələr gözlədiyimdən tez gəldi.

Komandanı yenidən qurmaq üçün adətən üç il vaxt lazımdır – yalnız bu müddətdən sonra işin nəticəsini görə bilərsən”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*