F-1.az xəbər verir ki, 21 kilometrlik Nordşlayfa yüksək keyfiyyətli kameralar və rəqəmsal rabitə xətləri ilə əlaqəli xəbərdarlıq sistemləri quraşdırılacaqdır. Süni intellekt sistemi əsasında xüsusi proqram qəza və hadisələrə əməliyyat reaksiyası üçün daxil olan məlumatları təhlil edəcəkdir. Bütün bunlar həm trasda baş verənləri daha yaxşı izləməyi, həm də baş verən hadisələrə operativ reaksiya verməyi təmin edəcək.
Bütün işlərin 2025-ci ildə yekunlaşacağı və yeni sistemin o vaxtdan istifadəyə veriləcəyi proqnozlaşdırılır.