F-1.az xəbər verir ki, “The Green Hill” (Yaşıl Cəhənnəm) adlanan genişekranlı sənədli film avtoidman tarixinin ən məşhur və çətin traslarından olan Nürburqrinqin köhnə versiyasından – “Şimal ilmə”sindən bəhs edir. Filmin çəkilişlərində Hans Hermann, Strilinq Moss, Niki Lauda, Lyuis Həmilton və müxtəlif dövrlərdə yarışmış bir çox sürücü iştirak edib. Filmdə avtodromun tarixi barədə Sky Sports-un müxbiri Devid Kroft və əfsanəvi şərhçi Marri Uoker danışıblar.
“Şimal ilməsi” barədə film fevralda nümayiş olunacaq (video)
Britaniya, İrlandiya, Almaniya və Avstriyadakı tamaşaçılar fevralın 21-də filmi izləyə biləcəklər