Silverstoundakı yarışlar baş tutmaya bilər…

Silverstoun pandemiya dövründə yarış qəbul etmək üçün ən ideal yer kimi görünür. Çünki komandalardan yeddisinin bazası elə Birləşmiş Krallıqdadır və əməkdaşların əksəriyyəti ingilisdir.

Yerdə isə Ferrari, AlphaTauri, Haas və Pirelli-nin ölkəyə gəlməsi ilə bağlı problemləri aradan qaldırmaq qalır. Britaniya Qran Prisinin baş tutması hökumətdən asılıdır və onların da verdiyi qərarlar tez-tez dəyişir.

F-1.az bildirir ki, ölkəyə gələnlər üçün 14 günlük məcburi karantin tətbiq olunur. Əvvəlcə Formula1 üçün xüsusi istisna olacağı, yerli əhali ilə təmaslardan yayınmaq üçün qaydalar tətbiq ediləcəyi deyilmişdi, lakin The Sun nəşrinin məlumatına görə, bu istisna ləğv edilib. Hökumətin yeni karantin qaydalarına əsasən demək olar ki, idman üçün imtiyazlara hazır deyillər.

Hələ yekun qərar verilməyib, lakin hazırda müzakirəsi davam edən təqvimdə Silverstoundakı yarış üçün icazə verilməsə, Hokkenheymin onun yerini tutması planlaşdırılır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*