Silverstounda trasın yeni konfiqurasiyası açılıb

Britaniyalıların konservatlığı hamıya məlumdur, ona görə də təəccüblü deyil ki, son altmış ildə əfsanəvi Silverstoun avtodrum çox az dəyişikliklərə məruz […]

Britaniyalıların konservatlığı hamıya məlumdur, ona görə də təəccüblü deyil ki, son altmış ildə əfsanəvi Silverstoun avtodrum çox az dəyişikliklərə məruz qalıb. Kral Hərbi Hava Qüvvələrinin ağır bombadaşıyan təyyarələrinin küçmiş aerodromu ilk dəfə 1947-ci ildə yarış qəbul edib – o gündən edilən dəyişikliklər yalnız təhlükəsizliyin artırılması üçün nəzərdə tutulub.

Sürətlər artdığı üçün 70-ci illərin ortalarından başlayaraq keçmiş sürətli düz yollar və sürətli döngələr müxtəlif vasitələrlə yavaşıdılırdı. Hərçənd, Silverstounun ruhu dəyişməz qalırdı, ona görə də bu trası sürücülər həmişə seviblər.

İndi isə növbəti yenilənmənin vaxtı yetişib. Club və Brooklends döngələri arasındakı sahə tamailə yenilənib: indi Abbey, Bridge və Priory döngələrinin yerinə sürücüləri tam yeni Arena sahəsi gözləyir. Gözlənildiyinə görə, bu sahə həm sürətləri artıracaq, həm də baxımlılığı.

Trasın yeni konfiqurasiyasını FİA-nın nümayəndəsi çarli uaytinq artıq bəyənib. Amma rəsmi açılış mərasimi zamanı hamıdan çox Britaniya sürücülər klubunun (BRDC) prezidenti Dəymon Hill sevinib – məhz onun səyi nəticəsində Silverstoun Formula1 təqvimindəki yerini qoruyub saxlayıb…

Dəymon Hill: “İndi bu yeni nəslin trasıdır – tras hamıya ləzzət edəcək. Biz əminik ki, sürücülər də görülmüş işlərdən razı qalacaqlar.”

Trasın icraçı direktoru Riçard Fillips yenidənqurma işləri zamanı əsas diqqətin tamaşaçıların rahatlığına yönəldiyinə diqqət çəkib: “Biz bütün aspektləri nəzərə almışıq. Döngələr düz tribunların önündədir və biz maksimum çalışmışıq ki, azarkeşlər daha çox hadisə görsünlər.”

Təntənəli mərasimin fəxri qonaqları şahzadə Əndryu, Mark Uebber, Dəvid Kulthard, Mayk Qaskoyn, Nik Fray, Kristian Horner və Conni Hervert olublar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*