Silverstounda təhlükəsizlik zonası təkmilləşdirilib

Racingnews365-in xəbərinə görə, Britaniya Qran Prisinin təşkilatçıları birinci döngədəki təhlükəsizlik zonasında dəyişiklik ediblər.

F-1.az xatırladır ki, qərar keçən il Quanyu Çjounun yarışın startında qəzaya uğramasından sonra verilib. Çinli sürücünün qəzası hamıda vahimə yaradıb – sürücünün maşının hətta üst qoruyucu hissəsi də qopub və onu faciədən Halo sistemi xilas edib.

Çınqıllığın təşkil etdiyi təhlükəsizlik zonası da Alfa Romeo sürücüsünün maşınının sürətini azaltmayıb. Bu ssenarinin təkrarlanmaması üçün Abbey döngəsinin sağındakı təhlükəsizlik zonası çınqıllıqdan asfalta dəyişdirilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*