Axşam Silverstounda sürüclər, komandaların nümayəndələr, FİA, avtodromun çoxsaylı əməkdaşları və volontyorları bir dəqiqəlik sükutla Mark Robinsonun xatirəsini yad ediblər – xatırladaq ki, 36 yaşlı marşal Kanada Qran Prisi zamanı peşəkar öhdəliklərini yerinə yetirərkən həlak olmuşdu.
Simvolik mərasim podiumun yanında baş tutub, Mark Robinsinun böyük portreti və Kanada bayrağı ilə bəzədilmiş mərasimdə FİA-nın prezidenti Jan Todt da iştirak edib…