F-1.az bildirir ki, bunu F1 azarkeşlərinə də şamil etmək olar – onlar bir (bəzi ölkələrdə iki) illik tribuna qadağasının intiqamını artıqlaması ilə çıxırlar. Belə ki, Britaniya Qran Prisinin təşkilatçıları həftəsonu boyunca avtodromu 400 min azarkeşin ziyarət edəcəyini gözləyir. Bilet satışları da belə bir gözləntinin boş yerə olmadığını göstərir.
Xatırladaq ki, buradakı keçənilki yarışı 3 gün ərzində 336 min azarkeş izləmişdi…