Silverstouna 344 min tamaşaçı toplaşıb

Silverstoun trasının rəhbərliyi hər il adətləri üzrə maliyyə çətinliklərdən gileylənirlər. Amma Britaniya Qran Prisi günlərində trasa gələn tamaşaçı sayına görə digər yarışların təşkilatçıları Silverstouna həsəd apara bilərlər.

F-1.az xəbər verir ki, arxada qoyduğumuz həftəsonu ərzində Silverstouna 344500 tamaşaçı daxil olub: cümə axşamı – 24 min, cümə günü – 80 min, şənbə günü – 103 min, nəhayət, bazar günü 137500 nəfər trasda baş verənləri canlı izləyiblər.

Xatırladaq ki, Silverstoun trasının sahibi Britaniyalı Sürücülər Klubu (BRDC) müqavilədə onu vaxtından əvvəl pozmağa imkan verən bənddən istifadə etmişdi – 2019-cu ildə keçiriləcək Britaniya Qran Prisi cari müqavilə ilə baş tutan son yarış olacaq. Buna səbəb kimi müqavilə şərtlərinin onlara sərf etmədiyini göstərmişdilər. Həm BRDC, həm də Formula1 rəhbərliyi trasın təqvimdə qalmasını istəyirlər, lakin danışıqlar heç də rahat olmayacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*