Stüart Prinql, Silverstoun trasının icraçı direktoru: “Bu il Britaniya Qran Prisində tribunaları azarkeşlərə aça bilməyəcəyimiz üçün məyusam. Bu çətin qərarı mümkün qədər təxirə saldıq, lakin bugünkü şərtlərdə, ölkədədi vəziyyət və hökumətin verdiyi qərarlar nəzərə alındıqda, yarışın tamaşaçılarla baş tutması mümkünsüzdür. İştirakçıların, könüllülərin, marşalların, təşkilatçıların və əlbəttə, möhtəşəm azarkeşlərimizin təhlükəsizliyini qorumaq məcburiyyəti bizə sadəcə bir çıxış yolu qoydu.
Hər zaman bu mövsümün baş tutması üçün alternativ variantlar axtaran Fomurla1-ə hətta tamaşaçısız olsa belə, qran priyə ev sahibliyi edərək dəstəyimizi göstərəcəyimizi bildirmişik. Hazırda yarışın baş tutması üçün bağlı qapılar arxasında çalışmalarımız davam edir. Bəlkə də, Sky Sports və Chanel 4-ün canlı yayımları sizi bir qədər rahatladacaq”.