F-1.az xəbər verir ki, Silverstoun avtodromunun idarəedici direktoru Stüart Prinql Birmingham yarış şousunda həftəsonunu dörd günə qədər uzatmaq istədiyini açıqlayıb.
Stüart Prinql: “Biz həftəsonunu uzatmaq, azarkeşlərə cümə axşamı (həftənin 4-cü günü) əlavə proqram təklif etmək istəyirik. Çoxları gəlib hər şeyi görmək istəyir, amma bunun üçün üç gün kifayət etmir. Qoy insanlar çərşənbə axşamı (həftənin 2-ci günü) Silverstouna gəlsinlər, çadır qursunlar, bununla da artıq Qran Priyə köklənsinlər.
Düşünürəm ki, həftəsonunun formatını dəyişməliyik və mən bu barədə Formula1-lə danışıram.Onlar deyirlər ki, FİA cümə axşamı lazımi yoxlamaları etməlidir, belədirsə, bir gün əvvəl etsinlər”.