Biz artıq xəbər vermişdik ki, Sebastyan Fettel və onun rəfiqəsi Hanna Prater uşaq gözləyirlər. Almaniya mətbuatının məlumatına görə, bir neçə gün əvvəl dördqat dünya çempionunun qızı olub, amma sürücünün nümayəndəsi onun şəxsi həyatına şərh verməkdən boyun qaçırıb.
Sebastyan və Hanna hələ Heppenhaym şəhər orta məktəbində tanış olublar və artıq yeddi ildir görüşürlər. Sonuncu dünya çempionu şəxsi həyatını ciddi qoruyur və onun rəfiqəsinin hamiləliyi keçən ilin sonunda bilinmişdi…