Mövsümün birinci yarışı ərəfəsində sonuncu dünya çempionu Sebastyan Fettel ənənəyə sadiq qalaraq yeni maşını üçün ad seçib – adətən yarış həftəsonuna bir neçə gün qalmış Sebastyan öz mühəndis və mexanik heyəti ilə Melburnun steyk-hauslarından birində şam yeməyindən sonra bütün variantları nəzərdən keçirərək bir ad seçir.
Dünən gücə məlum olub ki, yeni mövsümdə Fettel RB10 üçün “Syuzi” adını seçib. Almaniya mətbuatının bildirdiyinə görə, bu adı daşıyan hər hansı bir qəhrəmanıa xtarmaq lazım deyil – bu, sadəcə Red Bull komandasının texniki briqadasının seçimidir.
Xatırladaq ki, 2009-cu ildə almaniyalı sürücü öz maşınını “Keyt” adlandırmışdı, 2010-cu ildə “Dəliqanlı Məndi” və “Şirin Liz” adlarını seçmişdi, 2011-ci ildə “Ehtiraslı Kayli”, 2012-ci ildə “Əbbi”, 2013-cü ildə isə “Ac Haydi” adlandırdığı maşınlarla titul qazanmışdı.
Yeni RB10-u sələflərinin uğuru gözləyirmi? Qarşıdakı bir neçə həftənin ən başlıca sualı budur – mövsümöncəsi testlər göstərmişdi ki, Red Bull maşını etibarlılıq baxımından digər top-komandaların maşınlarından çox geri qalır, amma maşının sürət imkanlarını yalnız Albert Parkda görə biləcəyik. Az qalıb…