Hamının yadındadır ki, Sebastyan Fettel hər il maşınlarına məxsusi adlar qoyur: keçənilki RB7-ni “Ehtiraslı Kayli” adlandırmışdı, onun sələfləri isə “Şirin Liz” və “Dəliqanlı Məndi” olmuşdular.
Almaniyanın Bild qəzetinin yazdığına görə, dünən gecə Fettel öz mexanikləri ilə birlikdə yeni RB8-ə adqoyma mərasimi keçiriblər: maşına Britaniyada çox məşhur olan “Əbbi” adı qoyulub.
Dərhal sual ortaya çıxır: bu seçim nəyə əsaslanır? Bu ad əfsanəvi The Beatles qrupunun Abbey Road albomundan götürülə bilər – Sebastyan bu albomu çox xoşlayır, amma xatırladaq ki, klassik Silverstoun trasının döngələrindən biri də bu adı daşıyır. Lakin Fettel əmin edir ki, fərziyələrin hamısı səhvdir, “bu sadəcə yaxşı addır.”
Bu ada hansı əlaməti seçəcəyini Fettel hələ bilmir, Britaniyanın Autosport qəzeti yazır ki, bəlkə Fettel bu dəfə sadəcə adla kifayətlənəcək…
Sebastyan Fettel: “Hələ aydın deyil, baxaq, görək maşın özünü necə aparacaq!”
Cümə günü səhər Sebastyan ilk dəfə “Əbbi”ni Albert Park trasına çıxaracaq və onda biz görəcəyik ki, onlar nə dərəcədə bir-birinə yaraşırlar…