S.Fettel: “Yaxşı start almaq vacib idi”

Avstraliya Qran Prisində pouldan start alan Sebastyan Fettel yarışı inamla keçirib və qələbə qazanıb – finişdə Sebastyan Lyuis Həmiltonu 20 […]

Avstraliya Qran Prisində pouldan start alan Sebastyan Fettel yarışı inamla keçirib və qələbə qazanıb – finişdə Sebastyan Lyuis Həmiltonu 20 saniyədən çox qabaqlayıb. Yarışdan sonra mətbuat konfransında almaniyalı sürücü qeyd edib ki, bu çox vacib qələbə idi…

Sebastyan Fettel: “Əlbəttə, bu yaxşı yarış idi. Sonda Lyuis elə də güclü hücum etmirdi, ona görə də mən sakitcə vəziyyətə nəzarət edirdim.

Amma yarışı asan adlandırmaq olmaz: yaxşı start almaq çox vacib idi, mən trasın təmiz hissəsində idim, ona görə də problemsiz sürət yığdım, amma bilmirdim ki, bu kifayət edəcəkmi? Amma güzgüdə gördüm ki, arxada Lyuis Həmilton və Mark Uebber mövqe uğrunda mübarizə aparırlar, mənim işim asanlaşdı. Birinci hissədə üstünlüyümü qorumağa çalışdın, amma təkər yeyiləndə Lyuis mənə çatmağa başladı.

Mən boksa getməli oldum və pit-stopdan dərhal sonra Censon Battonu keçmək vacib idi, mən bunu edə bildim. yarışın ikinci hissəsində mən bilmirdim ki, Lyuisə nə olub, çünki o, yavaş-yavaş geri qalmağa başaldı, ona görə də mən vəziyyətə daha yaxşı nəzarət etməyə başladım.

Bu gün bir çox məsələlərə aydınlıq gətirmək vacib idi və indi yarışı təfərrüatlarla araşdırmaq lazımdır. Biz çox xal qazanmışıq, bu çox vacibdir, bu gün biz yarışdan həzz aldıq. Qarşıda bizi uzun mövsüm gözləyir və hələ çox şey ola bilər.

Burda mənim yanımda oturan oğlanalr çox güclüdürlər. Bunu Ferrari haqqında da deyə bilərəm. Mercedes GP mövsümə uğursuz başlayıb, amma bu komanda keçən illə müqayisədə çox güclü olacaq.

Mübarizə çox gərgin olacaq, amma bu gün finişə çatmaq çox vacib idi, ona görə də Milton Kinsdəki bazada hamıya təşəkkür edirəm. Maşın nəinki sürətlidir, həm də etibarlıdır – bu, uğurun açarıdır. Bu gün mən birinci dəfədir ki, Albert Parkda finiş xəttini keçdim, ona görə də çox şadam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*