Dünən gecə İstanbulun möhtəşəm Çırağan Palace otelində FİA Prize Giving 2012 tədbiri başa çatıb. Tədbirdə FİA-nın bayarğı altında keçirilən bütün yarış seriyalarının qalibləri və mükafatçıları öz kuboklarını alıblar. Bu tədbirlər FİA 2012-ci il mövsümünə rəsmən bağlayıb…
Kimi Rəykkönen: “Bu arzuolunan mükafatdır, hərçənd, həmişə daha çoxuna nail olmaq və qalib gəlmək istəyirsən. Hər halda mənə elə gəlir ki, bizdən bu il heç belə nəticə də gözləmirdilər. Dediyim kimi biz ilin yekunlarından elə də razı deyilik, amma mövsüm ümumən uğurlu alındı. Ümid edirəm ki, bu nəticələri əsas tutaraq gələn il daha yaxşı nəticələr göstərəcəyik.”
Fernando Alonso: “Mövsüm çox yaxşı keçdi, bu mövsümü mənim karyeramda ən yaxşı hesab etmək olar. Mən hər bir yarışda maksimum çalışırdım, komanda isə öz işinin öhdəsindən əla gəldi.
Bu il bizim maşın bir qədər rəqabətədavamlı deyildi, amma biz hamımız son yarışa qədər titul uğrunda mübarizə apardıq. Bunun əsas səbəbi isə əla komanda işi və hər birimizin fantastik əzmkarlığı idi. Mən Ferrari ilə fəxr edirəm, gələn mövsümdə isə daha yaxşı nəticəyə ümid edirəm.”
Sebastyan Fettel: “Ağlasığımaz mövsüm alındı, hər birimiz üçün çətin idi: həm komanda üçün, həm də mənimü çün – uğurları uğuruszluqlar əvəz edirdi. Titul uğrunda mübarizəyə qayıtmaq demək olar ki, mümkün deyildi, bir çoxları bizi çempionatda qələbə siyahısından da çıxarmışdı. Amma biz bunu edə bildik, mövsümün sonuna az qalmış vəziyyəti tam dəyişdik və mövsümün son yarışına mən lider kimi gəldim.
Braziliya Qran Prisi çətin oldu, amma mənə elə gəlir ki, maraqlı mövsüm maraqlı yarışla başa çatmalı idi. Həmin bazar günü hər şey bizim əksimizə oldu. Amma bütün uğursuzluqlardan sonra mən dünya çempionu ola bildim. Dediyim kimi, düzgün sözü seçmək çətindir, amma mən əla hisslər yaşayıram.”
Krisan Horner: “Mövsüm doğrudan da çətin alındı: ilk Qran Pridən Braziliyadakı son yarışın finişinədək. Əla mövsüm idi, çox uzun və hər bir komanda üzvü üçün çətin. Bizim çox güclü rəqiblərimiz var idi.”
Dəvid Kulthard: “Siz bu Mühəndislər Kubokunu qazanmış çox komandalar görümüsünüz. Red Bull-un qələbəsi barədə nə düşünürsünüz?”
Berni Ekklstoun: “Mən hesab edirəm ki, onların bəxti gətirdi. Əlbəttə, komanda öz işini əla yerinə yetirdi.”
Sebastyan Fettel: “Sözsüz ki, Fernando Alonso mövsümün gedişində hər bir yarışda maksimum çalışdırdı və əvvəl də dediyim kimi, mən ona çox hörmət edirəm. Şübhə etmirəm ki, gələn il Fernando daha güclü rəqib olacaq, çünki bilirəm ki, o qələbə hərisidir. Biz isə öz səviyyəmizi saxlamalıyıq ki, gələn mövsümdə də spna qədər mübarizə apara bilək. Əminəm ki, əgər biz Fernandoya yaxınıqsa, deməli, çempionatda qələbəyə də yaxınıq.
Bu kubok çempionatda qazandığın qələbəni dərk etməyə məcbur edir – bunun üzərində məhz mənim adım yazılıb. İndi onu məndən heç kim almayacaq. Əlbəttə, mən çox xoşbəxtəm. Mənim üçün xüsusi andır, xüsusən də belə bir gərgin mövsümdən sonra.”