Biz artıq xəbər vermişdik ki, keçən həftə Lyuis Həmilton məşhur Top Gear verilişinin qonağı olub və Suzuki Liana avtomobilinin sükanı arxasınd atrasın yeni rekorduna imza atıb. Əvvəlki rekord üçqat dünya çempionu Sebastyan Fettelə məxsus idi, ona görə də almaniyalı sürücü təslim olmaq fikrində deyil: Red Bull sürücüsü bildirib ki, bir daha şouya qatılmaq və Həmiltonun nəticəsini yaxşılaşdırmaq istəyir…
Sebastyan Fettel: “Lyuis fırıldaq edib! Zarafat edirəm. Əlbəttə, mən bir də özümü sınamaq istərdim. İndi şouya qatılmaq üçün əlimə girəvə düşüb. Mən veriliş çəkilişlərində olanda, yenə də trasa çıxmaq istəyirdim, qoymadılar, indi də gözləməli olacam. Onlar yaxşı maşından istifadə edirlər – özümü hazırlamalıyam!
Lyuisin nəticəsi çox yaxşıdır. Digər nəticələri çox qabaqladı. Mən mütləq qayıtmalıyam və onun rekordunu dəyişməyə çalışmalıyam.”