S.Fettel reqlamentdəki dəyişikliklərdən qorxmur

Yarışlararası fasilə zamanı Sebastyan Fettel avtoidmana birbaşa aid olmayan müxtəlif işlərlə məşğul olub, məsələn, Disney studiyasının istehsalı olan “Maşınlar-2” mutfilminin […]

Yarışlararası fasilə zamanı Sebastyan Fettel avtoidmana birbaşa aid olmayan müxtəlif işlərlə məşğul olub, məsələn, Disney studiyasının istehsalı olan “Maşınlar-2” mutfilminin alman dilinə səsləndirilməsində çalışıb.

Dünən dünya çempionu Almaniyanın ZDF kanalının məşhur Wetten das…? (Mərc gələk ki, …?) verilişinin qonağı olub – aparıcı Tomas Qottşalk Fetteldən başqa kino-ulduz Kəmeron Dias və top-model Haydi Klumu da verilişə çağırmışdı.

Yerli mətbuatın yazdığına görə, Fetteli texniki reqlamentdəki qarşıdakı dəyişikliklər narahat etmir – ekspertlərin fikrincə, diffuzorun effektliyini artıran qazburaxma sisteminin işindəki məhdudiyyətlər Red Bull-un üstünlüyünə son qoymalıdır, amma Sebastyan bu fikirlə razı deyil…

Sebastyan Fettel: “Mən inanmıram ki, bu qadağalar bizim komandaya digərlərinə nisbətən daha çox təsir edəcək. Hərçənd, mübahisə etmək olar ki, niyə texniki reqlament mövzümün ortasında dəyişir. Çempionatın sonuna hələ çox var və vəziyyət hər an dəyişə bilər. Keçən il biz bunu görmüşdük…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*