S.Fettel: “Mən KERS-in həvəskarı deyiləm”

Keçən həftə Zalsburq aeroportunun Hangar 7 sərgi salonunda sonuncu dünya çempionu və Formula1-in 90-cı illərdə sürücüsü olmuş Karl Vendlinger jurnaslitlərlə […]

Keçən həftə Zalsburq aeroportunun Hangar 7 sərgi salonunda sonuncu dünya çempionu və Formula1-in 90-cı illərdə sürücüsü olmuş Karl Vendlinger jurnaslitlərlə görüşüblər.

Solona toplaşanlar iki eranın maşınlarının sükanlarını müqayisə edə biliblər – əgər Vendlingerin idarə etdiyi March-ın sükanında cəmi bir düymə vardısa – arxa ötürməyə keçirən düymə, RB7-nin sükanında düymələrin və linklərin sayı iyirmidən çoxdur. Bu il sürücülər KERS və arxa antiqanadın hərkətli elementi sistemlərini də sükandan idarə etməli olacaqlar – Fettel bu yenilikləri şərh edərkən narazı olduğu bildirib…

Sebastyan Fettel: “Biz KERS düyməsinə basanda 6.6 saniyə ərzində motor 82 at qüvvəsi güclənir. Amma bu hamıda belə olur, əgər 2009-cu ildə ancaq McLaren və Ferrari KERS-dən yararlanırdısa, indi sistem demək olar ki, hamıda olacaq, sürücülər həm müdafiədə, həm də hücumda sistemdən istifadə edəcəklər. Faktiki olaraq, sistem mahiyyətini itirir, ona görə də mən KERS-in həvəskarı deyiləm.

Bizim üçün bu sadəcə əlavə işdir, yarışda daim düymələrə basmalıyıq. Sərbəst yürüşlərdə və sıralanma turunda biz arxa antiqanadın hərəkətli elementinin vəziyyətini istənilən an dəyişə bilərik, yarışda isə bunu yalnız müəyyən eyrdə və müəyyən vaxtda edə bilərik. KERS-ə gəlincə, bu düyməni hər dövrədə 2-3 yerdə basmalı olacayıq. Bu zaman daim displeyə baxmalıyıq ki, birinci döngədə KERS-in 30-ni işlədək, ikincidə daha 30%-ni və 40%-ni start-finiş düzlüyünə saxlayaq.

Sükanda düymələrin sayı çoxdur, finksiyaların sayı yüzü ötüb keçir, hamısını yadda saxlamaq və vaxtında istifadə eləmək lazımdır. Amma əgər KERS-i aktivləşdirməklə yanaşı daha hansısa bir düyməni də basmaq lazım gələrsə, çətinliklər mümkündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*