Sebastyan Fettel pouldan start alıb və yarışın ortasına qədər inamla ldierlik edib, amma ikinci pit-stopdan sonra Kimi Rəykkönen praktiki olaraq ona çatıb və keçməyə cəhd edib. Amma hazırkı dünya çempionu öz mövqeyini qoruya bilib…
Sebastyan Fettel: “İnanılmaz və çox çətin yarış! Yaxşı start aldım, bu çox vacib idi və dərhal rəqiblərimdən uzaqlaşa bildim. İlk hissələrdə işlənmiş təkərlərlə çıxış edirdim, çünki dünən sıralanma turunda bütün yumşaq təkər dəstlərindən istifadə etməli olmuşdum, ona görə də bu uzaqlaşmağın mənə xeyri oldu.
Kimi Rəykkönen və Roman Qrojan bu gün çox sürətli idilər, amma biz düzgün taktika seçmişdik və buna görə komandaya minnətdarlıq etməliyəm. Çempionatın əvvəlindən onlar böyük iş görüblər. Biz komanda qarşısında bir məsələni başqası ilə əvəz edirdik, çünki bizi maşının davranışı qane etmirdi, ona görə də xahiş edirdik ki, gah bu elementi, gah bu elementi yaxşılaşdırsınlar. Bizim mütəxəssislər yeni komponentlər hazırlayırdılar, biz onların effektliyini yoxlayırdıq, yenidən köhnə detallara qayıdırdıq, sonra yenilərini yoxlayırdıq, bunu daim edirdik. Mühəndis və mexaniklər praktiki olaraq boksda yaşayrıdılar ki, maşın bizim istədiyimiz kimi olsun.
Bu uik-end birinci dəfə hər şey uğurlu alındı, mən sıralanma turundan da razı qaldım, yarışdan da. Kimi isə deyəsən, təkər dileri tapmışdı, hər dəfə pit-stopdan təzə təkər dəsti ilə trasa qaydırdı. Onu saxlamaq çox çətin idi, hətta bir dəfə onun maşını məndən irəli də çıxdı, amma mən bilmirdim ki, elə bircə hücumla kifayətlənəcək.
İstənilən halda, liderliyimi qorumaq üçün süətimiz kifayət etdi və yarışın sonunda hələ bir az uzaqlaşa da bildim. Mən çox razıyam və komandaya görə çox şadam.
Çempionatda gərgin mübarizə gedir, maşınları sürətləri bərabərdir və kiçik bir xırdalıq yarışın nəticəsinə təsir edə bilər. Məncə, mövsmün ilk yarışından sonra hamı elə bilirdi ki, ən sürətli maşın McLaren komandasındadır, amma bazar günləri vəziyyət dəyişirdi. Hərçənd, mən hələ də hesab edirəm ki, МР4-27 ən yaxşı maşındır.
Amma hər şeyi düzgün etmək lazımdır, taktika ilə səhv etmək olmaz, təkərlərlə savadlı davranmalısan, optimal sazlanmalar tapmalısan və s. Mən çox şadam ki, bu trasda qalib gəldik, çünki rəqabətədavamlı olmağımza əmin deyildik.
İndi isə sadəcə xoşbəxtəm və qarşıdakı yarış barədə heç düşünmürəm, ən azı bu gün düşünmürəm. Məncə, indi bizim üçün uğrulu zolaq başlayır və biz daha çox çalışacayıq ki, bugünkü uğurumuzu təkrarlayaq.”