S.Fettel “İlin idmançısı” adına layiq görülüb (video)

Bu gün Kuala Lumpurda nüfuzlu Laureus World Sports Awards mükafatının təqdimetmə mərasimi keçirilib, mərasimdə dördqat dünya çempionu Sebastyan Fettel “İlin […]

Bu gün Kuala Lumpurda nüfuzlu Laureus World Sports Awards mükafatının təqdimetmə mərasimi keçirilib, mərasimdə dördqat dünya çempionu Sebastyan Fettel “İlin kişi idmançısı” adına layiq görülüb. “İlin sıçrayışı” nominasiyasında isə MotoGP çempionu Mark Markes rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Fettel artıq beşinci dəfə mükafata nominant idi və sonuncu cəhdi uğurlu alınıb.

Fettel nüfuzlu mükafata layiq görülən yeganə avtoidmançı deyil: Mixael Şumaxer 2002-ci və 2004-cü illərdə bu mükafata sahib çıxıb. 2002-ci ildə Xuan Pablo Montoya “İlin debütantı” (sonradan “İlin sıçrayışı” mükafatı ilə əvəz olundu) nominasiyasının qalibi olmuşdu. Eyni mükafatı 2008-ci ildə Lyuis Həmilton qazanmışdı. 2010-cu ildə isə Censon Batton “İlin sıçrayışı”, onun komandası Brawn GP isə “İlin komandası” mükafatını qazanmışdı.

2000-ci ildə təsis olunmuş mükafatı “İlin idmançısı” nominasiyasında ən çox tennisçi Rocer Federer (4 dəfə) və yüngül atlet Useyn Bolt (3 dəfə) qazanıblar…

laureus-2

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*