S.Fettel: “Biz daha güclü olmalıyıq”

Dünən gecəyarısı Londonda Autosport Awards mükafatının təqdimetmə mərasimində Sebastyan Fettel “İlin ən yaxşı sürücüsü” titulunu qazanıb, alman sürücü bildirib ki, […]

Dünən gecəyarısı Londonda Autosport Awards mükafatının təqdimetmə mərasimində Sebastyan Fettel “İlin ən yaxşı sürücüsü” titulunu qazanıb, alman sürücü bildirib ki, bu il onu komandanın qələbəyə canatması ruhlandırıb, amma rahatlaşmaq olmaz, axı Red Bull-un gələn il məqsədi çempion adını təsdiq etməkdir…

Sebastyan Fettel: “Bu il bizə qələbəyə inamımız kömək etdi, biz ən çətin anlarda belə son qələbəyə inanırdıq. Mövsümün əvvəlində bizim komandada çempion yox idi, amma biz bilirdik ki, qalib gələ bilərik. İndi biz çempion komandasıyıq və məqsədimiz dəyişməyib – biz yenə də qələbə istəyirik. İşi davam etdirmək və inkişaf etmək çox vacibdir. Biz daha güclü olmalıyıq, bütün sahələrdə irəliləməliyik – rəqiblərimiz yerlərində dayanmayıblar, əgər biz dayansaq, onlar bizi keçəcəklər.

Mən arxada qalan mövsümü məmnuniyyətlə xatırlayıram. Əgər siz Censon Battondan 2009-cu il mövsümü barədə soruşsanız, o sizə nəyin nə vaxt baş verməsini dəqiqliklə deyəcək – o titul qazandığı mövsümü yaxşı xatırlayır, amma idmançı kimi siz daim irəli baxırsınız, biz səbirsizliklə yeni mövsümü gözləyirik. Komanda yeni maşın üzərində işini davam etdirir, məni qısa məzuniyyət gözləyir – son həftələrin gərgin qrafikindən sonra dincəlmək və yeni çağırışa hazırlaşmaq lazımdır. Qarşıdan qış testlər və iyirmi yarışdan ibarət gərgin mövsüm gəlir. Rəqiblərimiz bizdən üstün olmaq üçün çox çalışacaqlar, biz isə buna hazır olmalıyıq. Mən fəxr edirəm ki, mənim maşınıma çempionluq 1 nömrəsi vurulacaq və bu nömrəni saxlamağa çalışacam.

Mən birinci dəfədir ki, Autosport Awards -ın mərasiminə qatılıram və fəxr edirəm ki, ən yaxşı sürücü adını almışam. Mən qələbəyə ümid edirdim və düşünürəm ki, bu kuboku nə vaxtsa Ayrton Senna qaldırıb – bu mənim üçün böyük şərəfdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*