Bir neçə il əvvəl Sebastyan Fettel İsveçrədə ev almışdı, amma almaniyalı sürücü tezliklə yaşayış yerini dəyişə bilər.
Avstriya mətbuatı xəbər verir ki, üçqat dünya çempionu Ştiriya federal bölgəsinin Murau əyalətinin ərazisində torpaq sahəsi alıb. Sahə dəniz səviyyəsindən 1800 metr yüksəkdədir, sahəsi 60 hektardır, ərazidə bir ev vardır.
Qeyd etmək lazımdır ki, dünya çempionatında iştirak edən sürücülərin çoxu İsveçrəni ev kimi seçirlər ki, daha sakit həyat tərzi keçirsinlər…