F-1.az xəbər verir ki, Qətər Qran Prisi ilk dəfə 2021-ci ildə keçirilib, bundan sonra bu Yaxın Şərq dövlətində bütün qüvvələr və resurslar futbol üzrə Dünya Kubokunun hazırlanmasına və keçirilməsinə yönəldilib. Lakin 2023-cü ilin payızında Losail trası yenidən Formula1 yarışına ev sahibliyi edəcək və Vitaker bunun hər hansı iqtisadi risklərlə əlaqəli olduğuna inanmır.
Martin Vitaker: “Sadəcə avtomobil franşizalarına və ya qlobal istehlak malları brendlərinə baxın – şəhər alış-veriş rayonlarında onların hamısı eyni yerdə cəmləşməyə meyillidir. Razıyam, bir-biri ilə rəqabət aparırlar, amma birlikdə hamı dağılıb getdiklərindən daha güclüdürlər.
Bu bənzətmə Formula1 yarışlarına da kifayət qədər uyğundur. Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvüdür və regionda Formula1 yarışlarına ev sahibliyi etmək hamımız üçün faydalıdır, çünki bu, Dünya Çempionatının populyarlığını artırır və avtoidmanı təbliğ edir.
Əslində ölkələrimiz coğrafi baxımdan yaxın görünsə də, Bəhreyndən Ciddəyə qədər olan məsafə təxminən 1500 km-dir. Silverstoundan Hunqarorinqə qədər daha çox (təxminən 2000 km), lakin bu iki Avropa trası arasında çoxlu yarışlar var. Ona görə də Yaxın Şərq yarışlarının keçirildiyi yerlər bəzilərinin düşündüyü kimi bir-birinə yaxın deyil”.