F-1.az xatırladır ki, Peres yarışı Həmilton və Rikkardodan sonra 3-cü yerdə bitirib. Meksikalı sürücü pit-stoplarda Rosberq və Fetteli geridə qoyub.
Serxio Peres: “Çox xoşbəxtəm. Komandam strategiya və pit-stop çağırışlarında mükəmməl iş gördü. Bizim üçün əla gün oldu. Komandamla 3-cü dəfə podiuma çıxdım.
Monakoda bu cür şəraitdə bu uğuru qazanmaq mənim üçün xüsusi önəm kəsb edir.
Bu podiumu komandanın rəhbəri Vicey Malyaya həsr etmək istəyirəm. O, bizə çətin vaxtlarda çox dəstək oldu.
Düzgün çağırışlar etdik. Ən sonda bizim üçün ən yaxşı Soft təkərlər idi. Əvvəlcə performansımı nəzarətdə saxlayırdım. Sebastyan çox sürətli idi. Bizdən sürətli idi, ancaq təkərləri daha yaxşı qorudum. Beləliklə, lazım olanda qoruduğum təkərlərlə tempi artırırdım”.