Motor reqlamentindəki şərti bal sistemi 2017-ci ildə ləğv olunacaq

Hibrid güc qurğularına dair qaydaların tərtibi zamanı şərti bal sisteminin tətbiqinə qərar verilmişdi. Şərti bal sisteminə görə, mühərrikləri bir mövsümdən digər mövsümə keçid zamanı qismən təkmilləşdirmək mümkün idi. Bu sistem xərclərin azalması məqsədi ilə tətbiq edilirdi.

F-1.az xatırladır ki, motor istehsalçılarını bu vəziyyət qane etmirdi. Onlar güc qurğularının qiymətlərini endirəcəkləri ilə bağlı razılıq əldə edilməsindən sonra 2017-ci ildə şərti bal sisteminin ləğv olunmasına qərar veriblər.

2017-ci ildə güc qurğusunu məhdudiyyətsiz təkmilləşdirmək mümkün olacaq, ancaq yenilikləri yalnız əvvəlcədən planlaşdırılmış cədvəl üzrə həyata keçirmək mümkün olacaq.

Renault Sport-un bolidinin təqdimetmə mərasimində Siril Abitebul məsələ ilə bağlı belə bir şərh verib: “Şərti bal sistemi ləğv ediləcək. Hər kəs razılaşdı ki, mühərriklər arasında fərq cüzi olmalıdır. Mühərriklərin effektivliyi Formula1-də ən önəmli yer tutmamalıdır. Həm də ki, azarkeşlər üçün şərti bal sistemi sona qədər aydın deyildi və buna görə də biz bu sistemdən imtina etməyə qərar verdik”.

Formal olaraq bu il mühərrik istehsalçılarının 32 şərti balı var və bu ballara əsasən onlar mühərriklərinin 48% detallarını təkmilləşdirə biləcəklər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*