F-1.az bildirir ki, Şafriman yerli Benam agentliyinə danışıb: “Hazırda planlarımız arasında Formula1 yoxdur, lakin yarışı Sepanqa qaytarmaq imkanı yaransa və təklif yaxşı olsa, bunu mütləq dəyərləndirəcəyik. Biz uzunmüddətli müqavilə bağlamaq istəsək, bunu hökumətlə müzakirə etməliyik.Çünki yarışı qəbul etmək üçün gərək çox pul ödəyəsən. Bundan əlavə, çəkdiyimiz xərclər ölkə rəhbərliyinə və xalqa uyğun olmalıdır”.
Malayziya bu trasda 1999-cu ildən 2017-ci ilə qədər mütəmadi olaraq Formula1-ə ev sahibliyi edib. Lakin son illərdə gəlirlərin azalması FOM ilə müqavilənin yenilənməməsi ilə nəticələnib.