F-1.az xəbər verir ki, ölkənin vitse-prezidenti Jerald Alkmina tərəgindən imzalanan rəsmi fərmanla Ayrtona “Braziliya İdmanının Hamisi” (Patrono do Desporto Brasileiro) adı verilib. 25 aprel 2023-cü il tarixli 14.559 saylı qanun Diário Oficial hökumət qəzetinin dünənki sayında dərc edilib və həmin andan qüvvəyə minib.
Braziliyada bir sıra böyük şəxsiyyətlər var ki, onların vətənləri qarşısında xidmətləri o qədər əhəmiyyətli hesab edilir ki, onları rəsmən məşhur edən sahənin himayədarları təyin edirlər: məsələn, yazıçı Juakin Maria Maşadu de Assis, braziliya aviasiyasının öncüllərindən Alberto Santos- Dümon və memar Oskar Nimeyra da oxşar statusa malikdirlər.
Senna adının bu şəkildə əbədiləşdirilməsi təklifi hələ 2019-cu ildə Braziliya parlamentinin deputatlarından biri tərəfindən irəli sürülüb və hələ indi reallaşıb – Senna bu siyahıya daxil olan 31-ci milli qəhrəman olub.
1994-cü il mayın 1-də İmolada keçirilən San Marino Qran Prisində əfsanəvi yarışçının ölümündən sonra Braziliya avtoidmanının başqa heç bir nümayəndəsi uğur baxımından Ayrton Sennaya heç yaxınlaşa bilməyib. Son üç onillikdə onun istedadının pərəstişkarları getdikcə daha da çoxalıb, baxmayaraq ki, gənc nəsil pərəstişkarları onun haqqında yalnız çıxışlarının videolarından, kitablardan və gözəl “Senna” sənədli filmindən bilirlər.
Həmçinin ötən ilin noyabrında Ayrton Senna Braziliyanın fəxri vətəndaşı kimi tanınıb…