A.Sennanın ilk Formula1 maşını satışa çıxarılıb

Ayrton Sennanın 1984-cü ildə Formula1-də debüt etdiyi Toleman komandasının hazırladığı TG184-2 maşını saytlardan birində satışa çıxarılıb. Maşınının konstruktorları o zaman […]

Ayrton Sennanın 1984-cü ildə Formula1-də debüt etdiyi Toleman komandasının hazırladığı TG184-2 maşını saytlardan birində satışa çıxarılıb. Maşınının konstruktorları o zaman hələ elə də məşhur olmayan Rori Börn və Pət Simonds olmuşdular. Satıcılar əmin edirlər ki, məhz bu maşının sükanı arxasında Senna Monako Qran Prisində ikinci olmuşdu.

Maşın turbo Hart motoru ilə satılır – motorun yüngül təmirə ehtiyacı var. Maşın əvvəllər şəxsi kolleksiyada saxlanılıb və yaxşı vəziyyətdədir. Toleman TG184-2-nin satış qiyməti barədə məlumat əldə edə bilmədik, amma potensial alıcılara birbaşa satıcı ilə əlaqə saxlamaq təklif olunur ki, maşının satış şərtləri öz aralarında razılaşdırılsın…

tole2
tole3
tole4
tole5

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*