F-1.az xəbər verir ki, Daniil Kvyatın maşınında da güc qurğusunun 5 elementi dəyişdirilib. MGU-K generatoruna isə toxunulmayıb. Colion Palmer yeni turbinə (TC), Daniel Rikkardo isə yeni rekuperasiya sisteminin akkumulyatoruna (ES) keçib. Maşınının akkumulyatoru dəyişdirilən digər sürücü Fernando Alonsodur. Onun MCL32-sinə həm də yeni elektron idarəetmə bloku (CE) quraşdırılıb.
Dəyişdirilən elementlərin bir çoxu sayca ikincidir. Yalnız Palmer üçüncü turbinə, Kvyat isə üçüncü daxili yanma mühərriyi (İCE), turbin və MGU-H generatoruna keçib. Dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç bir sürücü cərimələnməyib.