Sebastyen Ojyedən gənc sürücülərə master-klas

Dünya Ralli Çempionatı (WRC) Monte Karlonun qarlı yollarında ilk mərhələ ilə mövsümə start verib.

F-1.az xəbər verir ki, dünən nahara qədər baş tutan 3 dopun hamısında qalib gələn Toyota-dan Sebastyen Ojye əsas rəqiblərindən kifayət qədər uzaqlaşıb. Hətta mühərrikdə baş qaldıran kiçik problemlər 8 qat dünya çempionuna gənc sürücülərə master-klas keçməyə mane olmayıb.

Nahardan sonra da eyni dopları geriyə qayıdan fransalı sürücü daha bir dopda qələbəyə sevinib. Digər iki dopu isə onun komanda yoldaşları Elfin Evans və Kalle Rovanpera qazanıblar.

Səhər mübarizəyə Sebin ən yaxın təqibçisi kimi başlayan Elfinin maşınında təkər partlayıb və britaniyalı sürücü iki dəqiqə vaxt itirib. Sonuncu dünya çempionu Kalle isə Sebdən başqa digər rəqiblərini arxada qoya bilib. Hazırda finlandiyalı sürücü əfsanəyə 36 saniyə uduzur.

Hyundai-dən Tyerri Növill də keçənilki komanda yoldaşı Ott Tənakı üstələyərək 3-cü yerə qalxıb.

Şənbə günü mübarizə 6 dopla davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*