Sebastyen Ojye liderliyi ələ alıb

Dünya Ralli Çempionatında (WRC) mövsümün 3-cü yarış həftəsi davam edir. Çempionat iştirakçıları Meksika Rallisində tozlu torpaqda cümə günü 9 dopda mübarizəni aparıblar.

F-1.az xəbər verir ki, daha doğrusu mübarizə 8 dopda baş tutub, çünki marşrut geri qayıdarkən doplardan birində mübarizə səhərki qəza üzündən təxirə salınıb. Buna səbəb isə şənbəyə lider kimi başlayan Esapekka Lappinin səhər elə ilk dopda qəzası olub.

Bundan sonra əfsanəvi Sebastyen Ojye liderliyi ələ keçirib. Toyota-nın fransalı sürücüsü bu il bəzi yarışlara qatılır və qatıldığı ilk Monako yarışda qələbə qazanmışdı. Şənbə günü Ojye daha 2 dopa qalib olmaqla komanda yoldaşı Elfin Evans üzərində üstünlüyünü 36 saniyəyə çatdırıb.

Günün 4 dopunda Hyundai komandasından Tyerri Növill fərqlənib – belçikalı sürücü Elfinlə fərqi günün sonunda 4 saniyəyə salıb və bazar günü bu fərqi aradan qaldırmağa çalışacaq.

Son çempion Kalle Rovanpera səhv təkər seçimi üzündən sadəcə rahat 4-cü yerdə mübarizəni davam etdirir.

Əvvəlki mərhələnin qalibi Ott Tənak son iki dopda qalib gəlməklə 11-ci yerə yüksəlib və ilk onluqdan onu 2 dəqiqə ayırır. Estoniyalı sürücü dünən texniki problemlər üzündən qələbə uğrunda mübarizədən məhrum olub.

Bazar günü mübarizə 4 dopla yekunlaşacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*