Sebastyen Ojye liderliyi ələ alıb

Dünən axşam Dünya Ralli Çempionatında (WRC) növbəti mövsüm Monte Karlo Rallisi ilə start alıb.

F-1.az xəbər verir ki, çempionatın iştirakçıları Turin aşırımı adlanan dağ yollarından məşhur kazinolar şəhərinə yollanıblar.

Dünən axşam şeykdaundan sonra cəmi iki dop baş tutub. Əgər açılış mərhələsi quru asfaltda baş tutubsa, artıq ikinci dopda sürücülər buzlu yollara çıxıblar. Buz üstündə Hyundai-dən Tyerri Növill və sonuncu dünya çempionu Toyota-dan Kalle Rovanpera sürüşərək vaxt itiriblər.

Günün lideri isə əfsanəvi Sebastyen Ojye olub. Səkkizqat dünya çempionu Monte Karloda 9-cu qələbəsini qazanmağa çalışır. Seb 2 dopdan sonra komanda yoldaşı Elfin Evansı 6 saniyə və Ford-dan Ott Tənakı 15 saniyə qabaqlayır.

Növill, Rovanpera və Hyundai-dən Dani Sordu ilk altılığı tamamlayıblar.

Mübarizə bu gün 6 dopla davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*