S.Domenikali: “Qüvvələr nisbəti dəyişməyib”

Stefano Domenikali əmin deyil ki, komandanın yeni maşını mövsümün əvvəlində ən sürətli maşın olacaq. Amma Ferrari komandasının başçısı güman edir […]

Stefano Domenikali əmin deyil ki, komandanın yeni maşını mövsümün əvvəlində ən sürətli maşın olacaq. Amma Ferrari komandasının başçısı güman edir ki, F138 kifayət qədər sürətlidir və Skuderiya ilk yarışlardan liderlərlə mübarizə apara bilər…

Stefano Domenikali: “Məqsədimiz liderlərə maksimum yaxınlaşmaqdır. Əgər artıq birinci yarışda bizim maşınımız ən sürətli olsa, çox təəccüblənərəm. Amma əgər bizimlə rəqiblərimiz arasında fərq böyük olarsa, onda vəziyyət çətinləşəcək və bizi həqiqətən uzun mövsüm gözləyə bilər – mövsüm isə istənilən ssenari üzrə gedə bilər.”

Keçən il mövsümöncəsi testlərdə Ferrari başa düşmüşdü ki, sürətdə rəqiblərinə ciddi uduzur. Builki vəziyyətdən danışarkən Domenikali daha nikbin görünür: “Vəziyyət tam başqadır, amma biz rəqiblərimizi də dəyərləndirməliyik, axı bütün komandalar əla işləyirlər. Testlərdə gördüyümüzə əsasən deyə bilərəm ki, keçən mövsümün sonunda gördüyümüz qüvvələr nisbəti elə də dəyişməyib.

Hər şeydən əvvəl bizim maşının çempionatın ən yaxşı maşınına maksimum yaxın olmasını təmin etməliyik, qalanı isə komanda və sürücülərdən asılıdır. Avstraliya çempionatın sonu deyil, başlanıcıdır. Ona görə də biz hələ narahat olmuruq.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*