Yeni mövsüm başlamamış arxada qalan mövsümün yekunlarını təhlil etmək lazımdır və əlbəttə, yeni mövsümə konkret məqsədlər qurmaq lazımdır. Bütün bu işləri komandanın başçısı görməlidir, Skuderiyanın mətbuat xidmətinin bildirdiyinə görə, Ferrari-nin başçısı Stefano Domenikali bu il Maranelloda işləməsinin 20-ci ildönümünü qeyd edəcək…
Stefano Domenikali: “2010-cu ildə biz Fernando Alonso ilə titulu qazanmağa yaxın idik və Mühəndislər Kubokunda üçüncü olduq. 2011-ci ilə məqsədimizi ifadə etmək çətin deyil, amma buna nail olmaq çətin olacaq: biz şəxsi hesabda zirvədə olmaq üçün bir addım, komanda hesabında isə iki addım atmalıyıq.
Məqsədlərimiz belə olmalıdır, çünki biz Ferrari adlanırıq. Məqsədlərimizə çatmaq üçün biz rəqabətədavamlı və elə çempionatın startından etibarlı olan maşın düzəltmək istəyirik. Bilirik ki, bunun üçün ideal işləməliyik, düzgün qərarlar qəbul etməliyik – uik-endin gedişində baş verən hər bir hadisəni təhlil etməliyik. Rəqiblərimiz çoxdur və onlar güclüdürlər.”