Scuderia Toro Rosso – STR6

Bu gün Valensiyada Scuderia Toro Rosso komandası böyük qardaşından sonra mövsümə hazırladığı yeni STR6 maşınını təqdim edib. İsveçrəli Sebastyen Buemi […]

Bu gün Valensiyada Scuderia Toro Rosso komandası böyük qardaşından sonra mövsümə hazırladığı yeni STR6 maşınını təqdim edib. İsveçrəli Sebastyen Buemi və ispaniyalı Xayme Algersuari pərdəni açaraq maşını toplaşan jurnalistlərə göstəriblər.

STR6 – Toro Rosso komandasının müstəqil hazırladığı ikinci şassidir, yeni maşının sələfindən nəzərə çarpan fərqi yuxarı qalxmış burnudur. Komandanın başçısı Frans Tost komandasının şanslarını pozitiv qiymətləndirib…

str-2
Frans Tost: “Qarşıda bizim Formula1-də altıncı mövsümümüz gəlir və arxada qalan beş mövsümdə biz böyük uğur qazanmışıq, çünki nəzərə almaq lazımdır ki, biz komandanın sıfırdan qurmuşuq. Biz uğurlu gələcəyə inanırıq və mövsümün başlanmasını nikbinliklə gözləyirik.

İnfrastrukturun təşkili davam edir, Formula1 komandalarında daim dəyişikliklər olur və bizim məqsədimiz hər bir şöbənin işinin effektliyini artırmaqdır. Biz Bisterdə aerodinamika şöbəsinə yeni mütəxəssislər dəvət etmişik, Faensada presonalın sayını artırmışıq. Əminəm ki, bizi uğurlu mövsüm gözləyir.”

str-3
Komandanın texniki direktoru Corcio Askanelli maşının xüsusiyyətlərindən danışıb…

Corcio Askanelli: “Yeni reqlament maşının konstruksiyasında dəyişikliklər tələb edirdi və biz hesab edirik ki, STR6-da güclü texniki yeniliklər yer alıb.

Çox güman ki, bu bizim fikrimiz məntiqə əsaslanır, amma bizə elə gəlir ki, biz daha aqresiv yol seçmişik. Əks halda keçən ilə nisbətən yaxşı nəticə göstərmək mümkün deyil. Bu il biz Mühəndislər Kubokunda ilk səkkizliyə düşməyə, hər bir yarışda xal qazanmağa çalışacayıq – bu bizim məqsədimizdir.

Bu məqsədlərin reallaşması üçün mən məsuliyyət daşımağa hazıram. İstənilən halda biz yaxşı çıxış etməlyik, çünki gələn il daha inkişaf etmək fikrindəyik. ”

str-4
Komandanın sürücüləri də məqsədlərini açıqlayıblar…

Sebastyen Buemi: “Hər bir mövsüm vacibdir, mən belə düşünürəm. Bizim məqsədimiz isə dəyişməzdir – maksimum nəticəyə çalışmaq, yəni hər yarışda xal qazanmaq və səhvə yol verməmək. Mən gələn mövsüm nə baş verəcəyindən xəbərsizəm, amma dəqiq bilirəm ki, bu mövsüm çox çalışmalıyıq. Qarşıda bizi iyirmi yarış gözləyir – baxaq, görək, nə edə biləcəyik.”

Xayme Algersuari: “Bu il həlledici əhəmiyyət kəsb edir. Qarşıda məni ikinci tam mövsümüm gözləyir, həm də bu komandanın müstəqil qurduğu ikinci maşınıdır. Biz yaxın rəqiblərimizlə Williams, Sauber, Force İndia ilə gərgin mübarizə aparmalıyıq və mövsümün sonunda onları üstələməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*