S.Burde: “Xal qazanmaq həmişə xoşdur”

Monakoda Toro Rosso sürücüsü Sebastyen Burde vacib xal qazanıb: bu fransalı sürücünün Avstraliya Qran Prisindən sonra mövsümdə qazandığı ikinci xalıdır… […]

Monakoda Toro Rosso sürücüsü Sebastyen Burde vacib xal qazanıb: bu fransalı sürücünün Avstraliya Qran Prisindən sonra mövsümdə qazandığı ikinci xalıdır…

Sebastyen Burde: “Xal qazanmaq həmişə xoşdur, axı Monako həm də mənim ev trasım sayıla bilər, çünki bu il təqvimdə Fransa mərhələsi yoxdur. Komanda bu gün gərgin çalışıb. Məncə, mən sıralanma turunu yaxşı keçirməmişdim, ona görə də səkkizinci yer məni lap çox sevindirir. Aydın məsələdir ki, bir xal çox azdır, amma heç xal qazanmamaqdan çox yaxşıdır. Maşın özünü stabil aparırdı, xüsusən də daha bərk təkərlərdə, amma balans ideal deyildi.

Trasda qabaqda gedən sürücülər məndən çox uzaqlaşmışdılar, məni Cankarlo izləyirdi, mən sadəcə öz sürətimi saxlamağa çalışırdım, təkərlərə nəzarət edirdim və maşını finişə çatdırmağa çalışırdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*