Sebastyen Burde bu il “Lə Manda 24 saat” yarışında iştirak edəcək və Formula1-in hazırkı pilotu olmaqla bu yarışlarda iştirak edəcək ilk sürücü olacaq. Toro Rosso komandasının nümayəndəsi jurnalistlərə bu xəbəri təsdiq edib, Fransada nəşr olunan L’Equipe qəzeti Burdenin Peugeot komandasında çıxış edəcəyini bildirib, rəsmi bəyanat bazar ertəsi gözlənilir.
Burde artıq 6 dəfə Lə Manda iştirak edib və 2007-ci ildə onun ekipajı ikinci olub.
Sebastyen Burde: “Mən bazar ertsəi Peugeot-nun mətbuat konfransında olacam. Əgər mən starta çıxası olsam, ümid edirəm ki, qələbə uğrunda mübarizə apara biləcəyik.”