Sayns yeni sıralanma turu formatı təklif edir

Sıralanma turu zamanı dar və qısa Monte Karlo trasında tıxaclar hər zaman sürücülərə çox mane olur.

F-1.az xəbər verir ki, aşağı seriyalarda sürücülər iki qrupa bölünərək mübarizə aparırlar. İspan sürücü Formula1-də də eyni şeyin tətbiqini təklif edir.

Karlos Sayns: “Təsnifat mərhələsinin ilk hissəsində trasda çoxlu maşın vardı. Müasir maşınlar çox genişdir, təhlükəli vəziyyətlər tez-tez yaranır. Sürücüləri on maşından ibarət iki qrupa bölmək üçün bir yol tapmalıyıq. Əminəm ki, bu, bütün problemləri həll edəcək.

Yarışda hər şey yaxşı getsə, podium şansı əldə etmək olar. Bizi çox uzun mübarizə gözləyir. Şənbə günü heç də yaxşı işləmədik, bu da bazar günü bizə təsir edəcək”.

Xatırladaq ki, son illərdə sıralanma turu ilə bağlı bir neçə versiya təklif edilib, hətta bir neçə il əvvəl tam fəqli format da tətbiq edilib, lakin heç biri özünü doğrultmayıb. Saynsın dediyi kimi, sürücülərin iki qrupa bölünərək mübarizə aparması da müəyyən qeyri-bərabərliklər yarada bilər. Çünki bəzən asfaltın temperaturunun bir neçə dərəcə dəyişməsi belə nəticələrə ciddi təsir edə bilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*