Sayns və Norris yeni şassiyə keçiblər

Ferrari komandasının sürücüsü Karlos Sayns və McLaren komandasından Lando Norris yeni şassiyə keçəcəklər.

F-1.az xatırladır ki, Saysn öz ölkəsində birinci sərbəst yürüşlərdə boliddən razı olsa da, ikinci sessiyada işlər tərsinə dönüb. Yekunda komanda yoldaşından 0.3 saniyə geridə qalıb.

Ferrari bütün gecə Saynsın maşını üzərində işləyib və işləmə yasağına əməl etməyib. Lakin komandanın bu əziyyəti bəhrəsini verib. Komanda maşının şassisində problemi tapıb. Lakin problemin nə olduğu mətbuata açıqlanmayıb. Beləliklə, ispaniyalı sürücü öz vətənindəki yarışda yeni şassi ilə yarışacaq.

McLaren-də isə Lando Norris şassi dəyişdirməli olub. gənc sürücü cümə günü trasdan çıxmış və altlığı zədələmişdi. Aparılan araşdırmalardan sonra komanda birdəfəlik şassini dyişməyə qərar verib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*