Britaniya Qran Prisinin stüardları Karlos Saynsa, Nikita Mazepinə və Sebastyan Fettelə rəsmi xəbərdarlıq elan ediblər.
Hər üç sürücü şənbə sərbəst yürüşlərində FİA-nın yarış direktoru Maykl Masinin start prosedurunun məşqi barədə göstərişlərini pozduqlarına görə cəzalanıblar.
Hər üç sürücü üçün bu xəbərdarlıq mövsümdə ilkdir. Xatırladaq ki, mövsümdə qazanılan 3-cü xəbərdarlıqdan sonrakı yarışda sürücü startda 10 yer itirmək cəzası alır…