Sayns gələcəyindən narahatdır

İspan sürücünün Ferrari ilə hazırki müqaviləsi 2024-cü ilin sonunda başa çatır.

F-1.az xəbər verir ki, Karlos karyerasının davamı barədə gələn mövsümün startına qədər qərar qəbul etmək istədiyini bildirib.

Karlos Sayns: “Mən müqavilə danışıqları ilə bağlı strategiyalarımı açıqlamaq istəmirəm, çünki bu məsələləri heç vaxt açıq şəkildə müzakirə etmirəm. Ancaq əvvəlki illərdən müsahibələrimi eşitmisinizsə, o zaman həmişə deyirdim ki, bir ildən sonra harada çıxış edəcəyimi bilə-bilə yeni mövsümə başlamaq istəyirəm.

Renault-da belə bir təcrübə qazandım – mövsümün əvvəlində məni gələcəkdə nə gözlədiyini bilmirdim və bu yanaşma heç xoşuma gəlmirdi. Beləliklə, indi əsas vəzifə hər şeyi əvvəlcədən planlaşdırmaqdır. Müqavilə ilə bağlı məsələni artıq bu il mütləq surətdə həll etmək qətiyyən lazım deyil, amma gələn ilin əvvəlində və ya yeni mövsüm başlayana qədər hər şey aydın olmalıdır”.

Xatırladaq ki, Saynsın komanda yoldaşı Şarl Leklerin də maşından və alınan nəticələrdən razı olmadığı bildirilir və gedəcəyi barədə söhbətlər gəzir. Ferrari-nin eyni anda iki əsas sürücüsünü dəyişəcəyi çox da inandırıcı görünmür.

Digər tərəfdən isə xüsusilə Pyero Ferrarinin Lyuis Həmiltonu komandada görmək istədiyi barədə söhbətlər gəzir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*