Sayns 2018-ci ildə McLaren-də Alonsonu əvəz edə bilər

Karlos Sayns gələn il McLaren-ə keçə bilər - İspaniyanın Diario Sport nəşri belə ehtimal edir. Bu, "B planıdı"-dır. "A planı" isə Fernando Alonso ilə əməkdaşlığı davam etdirməkdir.

Karlosun McLaren-in rəhbərliyinin diqqətində olması təsadüfi deyil. O, Formula1-də artıq üçüncü mövsümünü keçirir və özünü inkişaf etdirir. Toro Rosso-nun maşınının sürətdə geri qalmasına, Renault motorunun Mercedes və Ferrari motorlarından daha zəif olmasına baxmayaraq, Karlos bu il yeddi yarışın beşində xal qazanıb və ən yaxşı nəticəsi Monakodakı altıncılıqdır.

Keçən il Renault komandası Saynsa üçillik müqavilə təklif etmişdi və onun Palmeri əvəzləməsini istəyirdi, lakin Red Bull buna razı olmamışdı. Red Bull indi başa düşür ki, Karlosu 2018-ci ildə də Toro Rosso-da yarışmaq qane etmir. İspan sürücü Red Bull-a keçmək istəyir, bu mümkün olmayacağı təqdirdə isə başqa güclü komandaya getmək barədə düşünür və bunu dəfələrlə bildirib. Helmut Marko isə təkid edir ki, Saynsın Red Bull-la uzunmüddətli müqaviləsi var və onu vaxtından əvvəl pozmağa hüququ yoxdur.

Diario Sport italyan mənbələrinə istinadən yazır ki, McLaren Alonsonu komandada saxlaya bilməsə, Saynsa müqavilə təklif edəcək və bu barədə artıq danışıqlar gedib. Guya Sayns yayın sonuna qədər düşünərək cavabını deməlidir. Əgər bu həqiqətə uyğundursa, Toro Rosso-nun sürücüsü McLaren-də hadisələrin gedişini izləyəcək. Komanda güc qurğularındakı problemlərin həlli üçün Honda-ya 90 gün vaxt verib. Karlos çətin ki, Fernandonun son üç ildə qarşılaşdığı vəziyyətə düşmək istəsin. Fernando təcrübəsinə və ustalığına baxmayaraq, cari mövsümdə hələ də xal hesabını aça bilməyib.

McLaren-in gələn mövsümdə hansı güc qurğusundan istifadə edəcəyi məlum deyil, buna görə də Sayns üçün qərar vermək çox çətin olmalıdır. Axı, öz əlində olsa, qələbə uğrunda mübarizəyə imkan verən güclü maşında yarışmaq istəyər. İndi gözləmə mövqeyini tutması tamamilə məntiqlidir. Amma istənilən halda belə görünür ki, son sözü Red Bull deyəcək…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*