F-1.az xatırladır ki, cümə günü baş tutan hər iki sərbəst yürüşün qalibi koronavirusa yoluxmuş Lyuis Həmiltonu Mercedes-də əvəz edən Corc Rassell olub. Dünənki məşqlərdə isə protokollara Maks Ferstappen başçılıq edib. Corc sıralanma turlarındakı seriyasını davam etdirə bilməyib və poul mübarizəsində Valtteri Bottasa boyun əyib.
Pirelli keçən həftə olduğu kimi, bu dəfə də C2, C3 və C4 tərkiblərini komandaların ixtiyarına verib. Tras qısa olduğundan, Soft təkərlərin resursu keçən həftəki qədər tez tükənməyib. İlk onluqdan yalnız Mercedes sürücüləri Medium təkərlərlə, qalanları isə Soft təkərlərlə yarışa başlayıb. Digər sürücülərdən isə Maqnussen, Latifi, Eitken və Rəykkönen Medium, qalanları Soft təkərlərlə start alıblar.
Norris və Fittipaldi güc qurğusu dəyişildiyi üçün son cərgədən start alıblar. Yarışa ilk cərgədən Bottas və Rassell, ikinci cərgədən Ferstappen və Lekler, üçüncü cərgədən isə Peres və Kvyat başlayıblar.
Startda Rassell Bottası keçərək liderliyə yüksəlib. Lekler Pereslə təmas yaşayaraq maşını zədələyib və mübarizəni dayandırıb. Onlardan yayınmaq üçün yoldan çıxaraq qoruyucu səddlə toqquşan Ferstappen üçün də yarış başa çatıb. Serxio təkərlərini dəyişib və son sıraya qədər geriləyib. TM trasa çıxıb. TM arxasında ilk onluq: Rassell – Bottas – Sayns – Rikkardo – Kvyat – Stroll – Qasli – Okon – Fettel – Norris.
Restart 6-cı dövrədə verilib. Rassell liderliyini qoruyub və bir qədər uzaqlaşıb. Sayns Bottası keçsə də, finlandiyalı sürücü yerini qaytarıb. 8-ci dövrədə Norris Fetteli üstələyib. Alman sürücü 3 dövrə sonra da Elbondan geri qalıb. Elbon və Peres 20-ci dövrədə Norrisi keçiblər. Bir dövrə sonra isə Peres Elbonu geridə qoyub.
25-ci dövrədən etibarən Rəykkönen, Covinatsi, Maqnussen, Kvyat, Latifi, Sayns, Qasli və Rikkardo təkərlərini dəyişiblər. Onları 32-ci dövrədən etibarən Fettel, Eytken, Fittipaldi, Okon və Stroll izləyiblər. Rassell 46-cı, Peres və Elbon 48-ci, Bottas isə 50-ci dövrədə pit-stop edib. Corc erkən pit-stop hesabına fərqi artırıb. 52-ci dövrədə Qasli təkərlərini dəyişib, Elbon Norrisi keçib. 53-cü dövrədən sonra ilk onluq: Rassell – Bottas – Sayns – Kvyat – Rikkardo – Okon – Stroll – Peres – Elbon – Norris.
Latifi 55-ci dövrədə problemlərə görə maşını 8-ci dövrənin çıxışında saxlayıb, Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Fettel pit-stop edib, lakin onu gecikdiriblər. Peres 57-ci dövrədə Okonu, 58-ci dövrədə isə Strollu ötərək 3-cü yerə yüksəlib. Eytken 61-ci dövrədə son döngədə səhvə yol verib və ön qanadı qırılıb. Debütant sürücü birbaşa pitə yollanıb. TM yenidən trasa çıxıb. Mercedes cüt pit-stop edib – Rassellə vaxtında xidmət göstərilsə də, Bottası düzgün təkərləri tapmadıqları üçün 27 saniyə ləngidiblər. Sonradan onun ön təkərlərinin Rassellə taxıldığı məlum olub.
Rassel yenidən pit-stopa çağırılıb və onun maşınına öz təkərlərini taxıblar. Nəticədə hər iki Mercedes sürücüsü xeyli geriyə düşüb. Restart 68-ci dövrədə verilib, Peres liderliyini qoruyub. Rassell 70-ci dövrədə Bottası, 72-ci dövrədə isə Strollu geridə qoyaraq 3-cü yerə yüksəlib. Gənc sürücü daha sonra Okonu da ötərək Pereslə fərqi azaltmağa başlayıb. Bottas bir anlıq tempini itirib, Sayns və Rikkardo onu keçiblər.
Rassellə sol arxa təkərinin deşildiyi bildirilib və o yenidən təkərlərini dəyişməli olub, trasa 14-cü yerdə qayıdıb. Rəykkönen, Fettel və Qaslini keçərək xal zonasına qədər irəliləyib və yalnız 9-cu ola bilib.
Beləliklə, Serxio Peres karyerasında ilk qələbəsini rəsmiləşdirib. Esteban Okon ikinci olaraq karyerasında ilk dəfə podiuma yüksəlib. Ləns Stroll podiumu tamamlayaraq komandasının Mühəndislər Kubokunda 3-cü yerə yüksəlməsinə kömək edib.
Mövsümün son yarışı gələn həftəsonu Əbu Dabidə baş tutacaq…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 11 | Serxio Peres | Racing Point | 1:31:15.114 | 2 |
2 | 31 | Esteban Okon | Renault | + 0:10.518 | 1 |
3 | 18 | Ləns Stroll | Racing Point | + 0:11.869 | 1 |
4 | 55 | Karlos Sayns | McLaren | + 0:12.580 | 2 |
5 | 3 | Daniel Rikkardo | Renault | + 0:13.330 | 2 |
6 | 23 | Aleksander Elbon | Red Bull | + 0:13.842 | 2 |
7 | 26 | Daniil Kvyat | AlphaTauri | + 0:14.534 | 2 |
8 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:15.389 | 2 |
9 | 63 | Corc Rassell | Mercedes AMG | + 0:18.556 | 4 |
10 | 4 | Lando Norriss | McLaren | + 0:19.541 | 2 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | + 0:20.527 | 2 |
12 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:22.611 | 3 |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | + 0:24.111 | 2 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | + 0:26.153 | 3 |
15 | 20 | Kevin Maqnussen | Haas | + 0:32.370 | 2 |
16 | 89 | Cek Eytken | Williams | + 0:33.674 | 3 |
17 | 51 | Pyetro Fittipaldi | Haas | + 0:36.858 | 3 |
Sürətli dövrə: Corc Rassell (Mercedes) – 0:55.404 (80-ci dövrə, 230.214 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Nikolas Latifi | Williams | 55 | mexaniki problem |
Maks Ferstappen | Red Bull | 1 | qəza |
Şarl Lekler | Ferrari | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas | 332 | |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas | 205 | |
3 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 189 | |
4 | 11 | Serxio Peres | BWT Racing Point F1 Team | 125 | |
5 | 3 | Daniel Rikkardo | Renault DP World F1 Team | 112 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 98 | |
7 | 55 | Karlos Sayns | McLaren F1 Team | 97 | |
8 | 23 | Aleksander Elbon | Aston Martin Red Bull Racing | 93 | |
9 | 4 | Lando Norris | McLaren F1 Team | 87 | |
10 | 18 | Ləns Stroll | BWT Racing Point F1 Team | 74 | |
11 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 71 | |
12 | 31 | Esteban Okon | Renault DP World F1 Team | 60 | |
13 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 33 | |
14 | 26 | Daniil Kvyat | Scuderia AlphaTauri Honda | 32 | |
15 | 27 | Niko Hülkenberq | BWT Racing Point F1 Team | 10 | |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing | 4 | |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | 4 | |
18 | 63 | Corc Rassell | Williams Racing / Mercedes AMG Petronas | 3 | |
19 | 8 | Roman Qrojan | Haas F1 Team | 2 | |
20 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 540 |
2 | Aston Martin Red Bull Racing | Honda | 282 |
3 | BWT Racing Point F1 Team | Mercedes | 194 |
4 | McLaren F1 Team | Renault | 184 |
5 | Renault DP World F1 Team | Renault | 172 |
6 | Scuderia Ferrari | Ferrari | 131 |
7 | Scuderia AlphaTauri Honda | Honda | 103 |
8 | Alfa Romeo Racing | Ferrari | 8 |
9 | Haas F1 Team | Ferrari | 3 |